Martinik adası

coğ. Martinique f (île)

martı
masa
OBASTAN VİKİ
Martinik
Martinika (fr. Martinique [maʀtiˈnik], Kreol. Matinik və ya Matnik) – Karib dənizi hövzəsində Kiçik Antil arxipelaqına daxil olan ada. Fransaya məxsusdur və onun Dənizaşırı departamentinə daxildir. Martinikanın qədim sakinləri onu "Çiçəklənən ada" – Madinina adlandırmışlar. Bu ada Fransanın ərazisi kimi Avropa Birliyinə inteqrasiya olunmuşdur. == Coğrafiyası == Martinika adası Atlantik okeanında, Karib dənizi hövzəsinə aid Kiçik Antil arxipelaqına aid olub Dominikan Respublikasından 25 km cənubda, Sent-Lüsiyadan 37 km şimalda yerləşmişdir. Adanın uzunluğu 73 km, eni isə 39 km-dir. Sahilinin uzunluğu təxminən 350 km-dir. Ada ilə Paris arasındakı məsafə 6850 km-dir.
Abruka adası
Аbruka adası (est. Abruka, alm. Abro‎) — Riqa körfəzində yerləşən Estoniya adasıdır. Saaremaa adasından 4 km cənubda yerləşmişdir.. == Coğrafiyası == Qonşu bir neçə kiçik ada (Vahase, Kasselaid, Linnusitamaa və Kirjurahu) ilə birlikdə Laane-Şaar Parisin bir parçası olan Abruka kəndini meydana gətirirlər. 34 adamın yaşadığı kəndin ümümi sahəsi 10.1 km²-dir. Abruka adasının ümumi sahəsi 8,78 км², qonşu kiçik adaların ümumi sahəsi isə 1,3 км²-dir.. == Təbiət == Abruka adası nadir hesab olunan Orta Avropa tipli enliyarpaqlı meşələrinin olduğu bir adadır. Bu təbiət ehtiyatı 1937-ci ildə qoruma altına alınıb və qoruq kimi fəaliyyət göstərir. Abruka adasında bir kitabxana (Liman binasında olan) və adanın ən köhnə binası olan bir malikanə (Abruka Evi) yerləşmişdir.
Adak adası
Adak adası (ing. Adak Island, aleut. Адаҳ) — Aleut adaları qrupuna daxil olan Andreyanov adaları qrupunun ən böyük adasıdır. Ada inzibati cəhətdən ABŞ-nin Alyaska ştatının tərkibinə daxildir. 2010-cu il əhalinin siyahıya alınma məlumatlarına əsasən adanın əhalisi 326 nəfərdən ibarətdir. == Coğrafiyası == Adak adasının ümumi sahəsi 711,18 km²-dir. Sahəsinin böyüklüyünə görə ada ABŞ-nin ən böyük 25-ci adasıdır. Adak adasının uzunluğu təxminən 54,5 km, eni isə 35 km-dir. Adanın ən yüksək nöqtəaı (Moffett dağı) dəniz səviyyəsindən 1196 m hündürlükdə yerləşmişdir. Dağ adanın şimal-qərb qurtaracağında yerləşib.
Adalar adası
Adalar adası (Аdalar, Ağ daşlar, ukr. Адалари, Білі Камні, krımtat. Ada — ada)- Gurzuf yaxınlığında Qara dənizə məxsus iki qayalıqdan ibarət adadır. == Etimologiya == Bu söz Krımtatar dilindəki adalar və türk dilindəki ada sözlərindən əmələ gəlmişdir. Adalar kimi də tərcümə olunur. == Coğrafiya == Ada sahildən təxminən 250 m məsafədə yerləşmişdir. Diametri 20–30 m arasındadır. Qayalıqların hündürlüyü — 35 və 48 metrdir. Onların arsındakı məsafə təxminən 40 m-dir. Qayalıqların yerləşdiyi dəniz hissəsinin dərinliyi 14 m-dən 38 m-ə qədərdir.
Adams adası
Adams (ing. Adams) — yaşayışı olmayan, Oklend adalarının cənubunda yerləşən ada. Yeni Zelandiyaya məxsusdur. UNESCO Ümumdünya irsi siyahısına daxildir == Coğrafiya == Adanın şərqdən qərbə uzunluğu 17 km, şimaldan cənuba edi 9 km, sahil xəttinin uzunluğu 61,3 km, sahəsi — 97,3 km². Ən hündür nöqtəsi Dik zirvəsidir 668 metrdir. Oklend adasından eni 2,3–0,57 km olan boğaz ayırır. Adada çoxlu sayda endemik canlılar yaşayır: Oklend çay ördəyi, Oklend Snipe Auckland Shag və Auckland Rail.
Adelaid adası
Adelaid adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ən hündür nöqtəsi 48 metr təşkil edir və adanın cənub-şərqində yerləşir. == Yerləşməsi == Ada arxipelaqın şimal-şərqində, Sars boğazı sularında yerləşir. Ağ Torpaq adaları qrupuna daxildir. 3,5 km şimal-şərqdə Yeva-Liv adası, 3,3 km cənubda isə Freden adası yerləşir. == Təsviri == Dairəvi formaya malikdir. Diametri 2 km-dir. Üzəri buzla örtülüdür. Frityof Nansenin anasının şərəfinə adlandırılmışdır.
Adeleyd adası
Adelreyd (ing. Adelaide Island, isp. Isla Adelaida или Isla Belgrano) — Antarktida sahilində yerləşən ada. 121 km uzunluğa, 32 km enə malik ada Antarltidanın sahəsinə görə orta ölçülü adasıdır. == Coğrafiya == Antarktik yarımadasının şimal-qərbində, Marqarita körfəzinin isə şimalında yerləşir. Buzlaqların hesabına materika birləşmişdir. Bütünlüklə buzla örtülüdür. Adanın sahəsi 4463 km²-dir Qaudri dağı adanın ən hündür nöqtəsidir (2315 m) == Tarixi == Ada ilk dəfə Con Bisko tərəfindən 14 fevral 1832-ci ildə kəşf edilmişdir. Ada öz adını kraliça Adeleydin şərəfinə adlandırılmışdır. Cənub hissəsində Qütb stansiyaları fəaliyyət göstərir.
Aeqna adası
Aeqna adası (est. Aegna; isv. Ulfsö və alm. Wulf‎ "canavar adası") — ada Estoniya ərazisində, Fin körfəzində yerləşir. Sahəsi 2,93 km²-dir. Tallin şəhərinin Kesklinn rayonu ərazisinə daxildir. Adada cəmi 8 sakin (2011) qeydə alınmışdır. Ada toxunulmayan təbiəti səbəbindən dövlət tərəfindən qorunur. Tallin rəhbərliyi adanı turistik zonaya çevirmək məqsədi ilə planlar hazırladığını bəyan etmişdir.
Akpatok adası
Akpatok adası ing. Lougheed Island — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adalarına daxildir. == Coğrafiyası == Ada Unqava körfəzinin şimal-qərb girişində, qərb sahilindən 65 km, cənub sahilindən isə 180 km məsafədə yerləşir. Baffin Torpağını Hudzon boğazı digər adalardan ayırır. Unqava körfəzinin sahili Kvebek əyalətinin ərazisi olsa da, adanın özü Nunavut ərazisinin bir hissəsidir. Adanın sahəsi 903 km², sahil xəttinin uzunluğu 129 km-dir. Adanın şimaldan cənuba maksimum uzunluğu 45 km, maksimum eni 25 km (şimal sahilləri boyunca) və cənubda isə 6 km-dir. Adanın relyefi karst tipli eroziya proseslərinin izləri olan yastı əhəngdaşı yaylasıdır. Demək olar ki, bütün adanı əhatə edən sıldırım dəniz qayalarının hündürlüyü 40 ilə 250 metr arasındadır. Dərin dərələr tərəfindən yarıldığı yerlər yaylaya qalxmağa imkan verir.
Akun adası
Akun (aleut. Akungan, ing. Akun Island) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Alyasaka ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Umnak adasından şimalda yerləşir. Əhalisi yoxdur. == Tarix == Bu ad 1830-cu ildə Veniaminov və Fyodor Litke tərəfindən verilmiş, hidroqraf Tebenkov 1852-ci ildə bu adı xəritəyə qeyd etmişdir. 1928-ci il mayın 22-də axşam saatlarında adanın sahillərində "Folklend ulduzu" yelkənli gəmisi qəzaya uğramışdır. Gəmi duman içində sahil daşlarına çırpəımışdır. Ertəsi gün sahil mühafizə gəmisi "Hayda" və "Kedr" mayak xidmət gəmisi qəzada zərərçəkənlərə yardım etmək üçün köməyə gəlir.
Akutan adası
Akutan adası (ing. Akutan Island) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Alyasaka ştatı ərazisinə daxildir. == Etimalogiya == "Akutan" adı aleut mənşəllidir. Belə bir deyim vardır ki, bu isim "hakuta" adından törəmiş və mənası "Mən səhvlər edirəm" mənasını verir. == Coğrafiya == Adada aktiv olan akutan vulkanı vardır. Adanın sahəsi 334,13 km²-dir. Adada 713 nəfər yaşayır (2000). Əhali eyni adlı qəsəbədə yaşayır. ada müasir adı ilə ilk dəfə 1768-ci ildə Pyotr Kuzmiç və Mixail Levaşkov tərəfindən xəritəyə salınmışdır.
Alaid adası
Alaid adası (ing. Alaid Island; aleut. Игиҥинаҳ) — Aleut adaları qrupuna daxil olan ada. Semiçi adaları, Near adaları qrupuna daxildir. Vulkan mənşəllidir. Semiçi adalarının ən qərb nöqtəsini təşkil edir. Ondan şərqdə Nizki adası yerləşir. Oda öz növbəsində Alaid adasına qumlu dillə birləşir. Attu adasından 25 km şərqdə qərarlaşır. Uzunluğu 4,9 km, maksimal hündürlüyü 204 metrdir (Semiçi adalarının ən hündür nöqtəsidir.).
Alcer adası
Alcer adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adanın ən hündür nöqtəsi 429 metr olun cənub-qərbdə yerləşir. Rixthofen dağıda adanın cənub-qərbindədir (409 m). Şimal-şərqdə isə digər bir zirvə vardır (361). Adanın ancaq cənub-şərq hissəsi buzdan azaddır. Burada yerləşən yeganə göl onun mərkəzindədir. Sahillərini Barens dənizinin suları yuyur. Ada Qorasiyo Alcerin şərəfinə adlandırılmışdır. == Yerləşməsi == Ada qərbdən Sidorov boğazı ilə Brays adasından ayrılır.
Alkatraz adası
Alkatras (ing. Alcatraz) — ABŞ-nin Kaliforniya ştatında, San Fransisko şəhərinin yaxınlığında yerləşən ada. Adanın adı ispan dilindən tərcümədə "qutan" mənasını verir. Adanın ərazisi əvvəllər müdafiə qalası kimi istifadə edilmiş, 1861-1934-cü illərdə hərbi həbsxana kimi, 1934-cü ilin aprel ayından 1963-cü il martın 21-dək ABŞ-nin ən təhlükəli cinayətkarlarının saxlandığı federal həbsxana kimi fəaliyyət göstərmişdir. Al Kapone, Robert Straud kimi tanınmış cinayətkarlar da burada saxlanılmışdır. Hal-hazırda muzey kimi fəaliyyət göstərir.
Amak adası
Amak adası (ing. Amak Island) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Amerika Birləşmiş Ştatlarının Alyasaka ştatına daxildir. == Coğrafiya == Alyaska yarımadasının qərb qutaracağından şimalda yerləşir. Adada fəaliyyətdə olan Amak vulkanı vardır. Sahəsi 15,094 km². Makimal hündürlüyü 488 metrdir. Ərazisi əsasən tundra bitkiləri, mamır və şibyə ilə örtülmüşdür. Yaşayışı olmayan bir qayalıq adadır.
Amaknak adası
Amaknak adası və ya Umaknak (ing. Amaknak Island, aleut. Amaxnax) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Alyasaka ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. == Coğrafiya == Unalaşka adasından şimal-qərbdə, Unalaşka buxtasında yerləşir. Sahəsi 8,449 km²-dir. 2000-ci il siyahıya alınmasına əsasən adada 2524 nəfər yaşayır. Bunun 60 % Unalaşka şəhərinin sakinləridir. Aleut aları cərgəsində ən sıx məskunlaşmış ərazidir. Adanın Aleutca adınını ilk dəfə 1826-cı ildə Qavril Sarıçev xəritəyə qeyd etmişdir.
Amatiqnak adası
Amatiqnak adası (ing. Amatignak Island, aleut. Amatignax̂) — Andreyanov adaları qrupuna, Delarov yarımqrupuna daxil olan ada. == Coğrafiya == Adanın uzunluğu 9 km, eni 5 km-dir. Maksimal hündürlüyü 515 metrdir. Ulak adası ondan 4 mil (6 km) şimal-şərqdə yerləşir. Vulkanik mənşəllidir. Ada olduqca seysmik zonada yerləşir. Tundra zonasında yerləşir. Sahil qayalıqlarında dəniz quşları yaşayır.
Ambarlar adası
Anbarlar adası (pol. Wyspa Spichrzów) — Qdansk şəhəri daxilində, Moltava çayının yatağında yerləşən ada. Ada 1576-cı ildə qazılan yeni xəndək nəticəsində meydana gəlmişdir. XIII əsrdən burada çoxlu ambarlar yerləşirdi. XVI əsrdən onların sayı 300 keçmişdi. Anbarda olan tikililərə 1945-ci il bombardımanı zamanı böyük zərər dəymişdir. Qorunub saxlanılan abidələrə 1517–1519-cu illərdə inşa edilən Milxkannetor qapılarını göstərmək olar. Dağıdılmış tarixi abidələrdən ancaq bir qismi bərpa edilmişdir.
Amlia adası
Amlia adası (ing. Amlia Island, aleut. Амлаҳ) — Aleut adaları qrupuna, Andreyanov adalarına daxil olan ada. İnzibati baxımından Alyaska ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Adada yaşayış yoxdur. == Coğrafiya == Atka və Siquam adaları arasında yerləşirt. Uzunluğu 74, eni isə 14 km təşkil edir. Sahəsi 445,7 km²-dir. Ada dağlıqdır, maksimal hgündürlüyü 616 metrdir.
Ammassalik adası
Ammassalik adası (dan. Ammassalik Ø) — Sermersook kommunasına daxil olan (Qrenlandiya) ada. Sahəsi 772 km², əhalisi 3044 nəf. (2012) təşkil edir. Ən iri yaşayış məntəqəsi Tasiilakdır. Bundan əlavə adada digər yaşayış mənyəqələri vardır: İkkatek, əhalisi — 1 nəf. (Ammassalikdən qərbdə yerləşən adacıqda yerləşir) İsertok, əhalisi — 120 nəf. Kulusuk, əhalisi — 310 nəf. (Ammassalikdən şərqdə yerləşən adacıqda yerləşir) Kuummiut, əhlalisi — 392 nəf. Kemertuarssuit, 1 yanvar 2005-ci ildə tərk edilmişdir (1 yanvar 2004-cü ilə görə burada 1 nəfər yaşayırdı) Sermiliqaak, əhalisi — 212 nəf.
Amsterdam adası
Amsterdam (fr. Amsterdam) — Hind okeanında yerləşən ada, Fransanın Cənub və Antarktika ərazilərinə daxildir. Ada həm Antarktida, Avstraliya həmdə Afrikadan eyni məsafədə yerləşir. Amsterdam adasından 85 km cənubda Sen-Pol adası yerləşir. Bu iki ada birlikdə Amsterdam adasını əmələ gətirir. == Coğrafiyası == Amsterdam adası vulkan məşəllidir. Vulkanın son püskürməsi 1792-ci ilə təsadüf edir. Sahəsi 58 km² təşkil edir. Adanın ən hündür nöqtəsi 867 metrdir. == İqlimi == Adanın ekvatora yaxın yerləşməsinə baxmayaraq Cənub qütbündən gələn soyuqlar səbəbindən subantartik adalara daxil edirlər.
Amukta adası
Amukta adası (ing. Amukta Island) — Aleut adaları qrupuna, Dörd Dağ adalarına daxil olan ada. Siquam adasından şərqdə yerləşir. == Coğrafiya == Daxil olduğu adalar qrupunun ən qərbində yerləşən adadır. Adada aktiv olan Amukta vulkanı vardır. Adanın maksimal hündürlüyü 1055 metrdir. Ərazisi əsasən tundra bitkiləri, mamır və şibyə ilə örtülmüşdür. Duman və atmosfer yağıntıları adanın əsas xüsusiyyətlərindən biridir. == Tarixi == Ada 1768-ci ildə "M. Pavel" gəmisində rus dənizçiləri tərəfindən kəşf edilmişdir. 1867-ci ildə Alyaskanın satın alınması zamanı Alyaska ilə birlikdə ABŞ-yə satılmışdır.
Amçitka adası
Amçitka (ing. Amchitka, aleut. Амчихтаҳ) — Aleut arxipelaqının Siçovul adaları ərazisində yerləşir. == Coğrafiyası == Ada su altı silsilənin səthə çıxdığı ərazidə formalaşmışdır. Cənb-şərqdən, şimal-qərbə 68 km, eni isə 3–6 km təşkil edir. Mərkəz hissəsi dağlıqdır. Tundra iqliminə malikdir. Burada əsasən Şibyə və Mamır yayılmışdır. Qərb sahillərində bitki örtüyü zəyifdir. İqlimi soyuq dəniz iqliminə malikdir.
Andreyev adası
Andreyev adası — Şərqi Sibir dənizində, Medvejı adaları qrupuna daxil olan ada. İnzibati cəhətdən Yakutiya ərazisinə daxildir. == Yerləşməsi == Medvejıy adalarının mərkəzində, Puşkaryov adasından 2 km qərbdə, materikdən isə 68 km aralıda yerləşir. Öz növbəsində ovalvari formaya malik qranitdən ibarət adadır. 400 metr uzunluğa, 300 metr enə malikdir. Ən hündür nöqtəsi 8 metr təşkil edir. Ada 1764-cü ilin aprelində Medvejıy adalarında geodeziya işləri aparan Stepan Andreyevin şərəfinə adlandırılmışdır şərəfinə adlandırılmışdır.
Annoya adası
Annoya adası — Vesterolen arxipelaqına daxil olan ən qərbdə yerləşən ada. Ada Annoy kommunasına daxildir. Norveçin ən böyük 10 adası siyahısına daxildir. Sahəsi 490 km²-dir. Maksimal hündürlüyü 705 metrdir. Ada eyni adlı körpü ilə Hinnoya adasın birləşir. Əhalisi 6828 nəfərdir (2001).. 1962-ci ildə Annoya raket paliqonu inşa edilmişdir.